Image

Ermənistanda seçkilərin yekun nəticələri açıqlanıb

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) iyunun 7-də keçirilmiş parlament seçkilərinin yekun nəticələrini açıqlayıb.Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Nəticələrə əsasən, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası səslərin 49,7%-ni qazanıb.

MSK-nin məlumatına görə, “Güclü Ermənistan” bloku 23,2%, “Ermənistan” bloku isə 9,9% səs toplayıb. “Çiçəklənən Ermənistan” partiyası 3,9% nəticə göstərərək parlamentə düşmək üçün tələb olunan 4%-lik baryeri aşa bilməyib.

Yekun nəticələr “Vətəndaş müqaviləsi” partiyasına hökuməti təkbaşına formalaşdırmaq imkanı verir. 

Mənbə: anews.az

Xəbər lenti