Image

Tramp və Zelenski arasında telefon danışığı olub

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb. Bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

Məlumata görə, təxminən 30 dəqiqə davam edən danışıq zamanı Zelenski Trampı ad günü münasibətilə təbrik edib. Liderlər Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni, eləcə də münaqişənin mümkün siyasi həlli və sülh nizamlanması perspektivlərini müzakirə ediblər.

Prezident Ofisi telefon danışığının nəticələri ilə bağlı əlavə məlumatın yaxın vaxtlarda açıqlanacağını bildirib.

Danışıq iyunun 15-17-də Fransanın Evian şəhərində keçiriləcək G7 sammiti ərəfəsində baş tutub. Zelenskinin sammitdə iştirakı gözlənilir, Ukraynaya dəstək və müharibənin dayandırılması istiqamətində səylərin tədbirin əsas mövzularından biri olacağı bildirilir.

Mənbə: anews.az

Xəbər lenti