Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 490 ton buğda göndəriləcək.
Anews.az xəbər verir ki, yeddi vaqondan ibarət yük qatarı iyunun 15-də saat 15:00-da Biləcəri stansiyasından yola düşəcək.
Məlumata görə, qatar əvvəlcə "Azərbaycan Dəmir Yolları" QSC-nin Böyük Kəsik stansiyasına çatacaq, daha sonra Gürcüstan ərazisindən keçərək Ermənistan istiqamətində hərəkətini davam etdirəcək.
Mənbə: anews.az