Azərbaycan XİN ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ və İran arasında Anlaşma Memorandumu üzrə əldə olunmuş razılaşmanı alqışlayıb.Bu barədə nazirliyin yaydığı bəyanatda deyilir.
"Pakistanın danışıqlarda oynadığı vasitəçilik rolunu və digər regional tərəfdaşların töhfəsinin yüksək qiymətləndiririk.Ümid edirik ki, bu mühüm nailiyyət əsasında aparılacaq gələcək danışıqlar davamlı sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək", - bəyanatda qeyd olunub.
Mənbə: anews.az