Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib.Bu barədə o, "X" hesabında paylaşım edib.
"Can Azərbaycanın 15 İyun – Milli Qurtuluş Gününü ən səmimi duyğularımla təbrik edir, bir millətin iki dövləti, tək ürəyi daşıyan övladları olduğumuz bütün azərbaycanlı qardaşlarımıza Türkiyənin salam və sevgilərimi çatdırıram", - deyə paylaşım mətnində qeyd edilib.
Mənbə: anews.az