Image

Azərbaycan halal iqtisadiyyatı üzrə əməkdaşlığın gücləndirilməsinə çağırıb

Azərbaycan halal iqtisadiyyatının potensialından tam istifadə olunması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinin tərəfdarıdır və standartlaşdırma, sertifikatlaşdırma, maliyyələşmə və rəqəmsal transformasiya ilə bağlı üzv ölkələrin və inkişaf institutlarının birgə fəaliyyətini tələb edir. Bunu  İslam İnkişaf Bankı Qrupunun Bakıda keçirilən İllik Toplantıları çərçivəsində təşkil olunan Ashab Forumunda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyi.   

" Halal iqtisadiyyatı artıq qida sənayesindən kənara çıxaraq maliyyə, kosmetika, turizm, logistika və rəqəmsal texnologiyalar kimi sahələri də əhatə edir və investisiya ilə ticarət üçün yeni imkanlar yaradır", - Məmmədov deyib.  Onun sözlərinə görə, etik prinsiplərə və risklərin bölüşdürülməsinə əsaslanan islam maliyyəsi xüsusilə kiçik və orta biznesin inkişafına dəstək verə və üzv ölkələr arasında investisiyaların artmasına kömək edə bilər. Məmmədov bildirib ki, Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın təşviqi istiqamətində aparılan islahatlar hesabına halal yönümlü biznes və investisiyalar üçün regional mərkəzə çevrilməyi hədəfləyir. N.Təbrizli

Mənbə: anews.az

Xəbər lenti