Image

Hakan Fidan: Azərbaycan-Ermənistan sülh prosesini Lavrovla müzakirə etdik

Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüşdə Cənubi Qafqazdakı vəziyyət və Azərbaycan-Ermənistan sülh prosesini müzakirə etdiyini açıqlayıb.

Fidan Moskvada keçirilən mətbuat konfransında deyib ki, tərəflər regiondakı vəziyyət ətrafında ətraflı fikir mübadiləsi aparıblar.

“Cənubi Qafqazdakı vəziyyəti, eləcə də Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesini ətraflı müzakirə etdik. Bu, regionda sülhün bərqərar olması üçün son dərəcə vacib amildir”, -Türkiyə XİN rəhbəri vurğulayıb.

Aytac 

Mənbə: anews.az

Xəbər lenti