Azərbaycan və Özbəkistan arasında yeni əməkdaşlıq sənədləri imzalanıb
Daşkənddə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovun iştirakı ilə iki ölkə arasında bir sıra əməkdaşlıq sənədləri imzalanıb.
Sənədlər iyunun 16-da V Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində baş tutan görüş zamanı rəsmiləşdirilib.
İmzalanan sənədlər “AzerGold” QSC-nin iştirakı ilə Özbəkistanda qızıl yatağının birgə işlənilməsini, “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Özbəkistanın aidiyyəti qurumu arasında bank sahəsində əməkdaşlığı, həmçinin NEQSOL Holding şirkətinin iştirakı ilə Özbəkistanda əhəmiyyətli faydalı qazıntı yataqlarının birgə işlənilməsini nəzərdə tutur.
Sənədlərin iki ölkə arasında iqtisadi, investisiya və sənaye əməkdaşlığının daha da genişlənməsinə töhfə verəcəyi bildirilir.
Mənbə: anews.az