Image

“Qarabağ”ın ilk rəqibi müəyyənləşib

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ”ın rəqibi bəlli olub.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv bu raundda İslandiya təmsilçisi “Vestri” ilə qarşılaşacaq.

I təsnifat mərhələsinin görüşləri iyulun 9-u və 16-da oynanılacaq.

Mənbə: anews.az

Xəbər lenti