Image

Ukrayna ordusuna aid hərbi təyyarə qəzaya uğrayıb, hər iki ekipaj üzvü həlak olub

Ukraynanın Xmelnitski vilayətində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-24M cəbhə bombardmançı təyyarəsi qəzaya uğrayıb, ekipajın hər iki üzvü həlak olub. Bu barədə Hərbi Hava Qüvvələrinin bəyanatında bildirilib.

Məlumata görə, hadisə iyunun 16-da yerli vaxtla saat 19:00 radələrində baş verib. Pyotr Franko adına 7-ci Taktiki Aviasiya Briqadasına məxsus təyyarə tapşırıq yerinə yetirərkən Xmelnitski vilayətində qəzaya uğrayıb.

Qəza nəticəsində pilot, mayor Boqdan Zaqurlyuk və şturman, baş leytenant Boqdan Babenko həlak olublar.

Hadisənin səbəblərinin araşdırıldığı, təyyarənin düşdüyü ərazidə xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşlarının işlədiyi bildirilib. İlkin məlumata görə, mülki əhali arasında zərərçəkən yoxdur.

Mənbə: anews.az

Xəbər lenti