“Azeri Light” nefti 4,5 %-dən çox ucuzlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,94 ABŞ dolları və ya 4,55 % azalaraq 82,61 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçersləri 80,90 ABŞ dollarından satılıb.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” neftinin bir barelinin qiyməti isə 3,95 ABŞ dolları və ya 4,68 % azalaraq 80,35 ABŞ dollarına düşüb.
Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
“Azeri Light” markalı neftin tarixi minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında 149,66 ABŞ dolları olub.
Bu marka üzrə neft Azəri-Çıraq-Günəşli yataqlar blokundan hasil edilir. Layihədə SOCAR-ın payı 31,65 % təşkil edir.
Mənbə: anews.az