Image

Müşfiq Cəfərov: Startaplarla bağlı qanun layihəsində qonşu ölkələrin təcrübəsi öyrənilməlidir

Startapların inkişafı ilə bağlı qanun layihəsində dünya təcrübəsi ilə yanaşı, qonşu və qardaş ölkələrin təcrübəsi də nəzərə alınmalıdır.Bunu Milli Məclisdə müzakirələr zamanı deputat Müşfiq Cəfərov bildirib.

Onun sözlərinə görə, Qazaxıstan, Özbəkistan və Türkiyənin bu sahədəki təcrübəsi, xüsusilə onların güclü və zəif tərəfləri araşdırılmalıdır.

“Biz həmin ölkələrin zəif tərəfləri üzərində işləməklə daha uğurlu model qura bilərik”, - deputat qeyd edib.

Cəfərov bildirib ki, startapların inkişafı üçün xarici mütəxəssislərin, investorların və transmilli şirkətlərin cəlb olunması vacibdir. Onun fikrincə, qanun layihəsi daha yığcam olmalı, bir sıra təşviq mexanizmləri isə pilot layihələr çərçivəsində sınaqdan keçirilməlidir.

Deputat həmçinin aqrar sahə, ailə biznesləri, yaşıl energetika və regionlarda yeni iqtisadi təşəbbüslərin də startap ekosisteminə daxil edilməsini vacib sayıb.

Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti