Image

Koçaryana qarşı cinayət işi başlanacaq

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) Baş Prokurorluğun müraciətini təmin edərək ölkənin sabiq prezidenti, "Ermənistan" blokunun lideri Robert Köçəryanın toxunulmazlığının ləğvinə razılıq verib. Bu barədə Köçəryanın vəkili Aram Orbelyan məlumat verib.

Vəkilin sözlərinə görə, qərardan sonra Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulması ittihamları irəli sürüləcək.

Orbelyan bildirib ki, iş Köçəryanın prezidentliyi dövründə, 2004-cü ildə hökumət tərəfindən təsdiqlənmiş bir sövdələşmə ilə bağlıdır. O, eks-prezidentin və ailə üzvlərinin həmin sövdələşmə ilə əlaqəsinin olmadığını, Köçəryanın oğlu Sedrak Köçəryanın isə 2008-ci ildə, atasının vəzifədən ayrılmasından sonra sözügedən şirkətdə pay əldə etdiyini deyib.

Ermənistan Baş Prokurorluğu daha əvvəl Köçəryana qarşı cinayət təqibinin başlanması üçün MSK-ya müraciət etmişdi. "Ermənistan" bloku iyunun 7-də keçirilmiş parlament seçkilərində parlamentdə təmsil olunmaq hüququ qazanıb və Köçəryan deputatlığa namizəd statusu daşıdığı üçün ona qarşı cinayət təqibinin başlanması üçün MSK-nın razılığı tələb olunurdu.

Mənbə: anews.az

Xəbər lenti