Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb
Moskva vilayətinin Sergiyev-Posad şəhər dairəsində yerləşən Vixrevo aerodromunda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə 20 xilasedici və 7 texnika cəlb olunub.Təyyarənin göyərtəsində olan iki nəfərin həlak olduğu ehtimal edilir.
Mənbə: anews.az