Image

"Qarabağ"dan daha bir transfer

“Qarabağ” İspaniyanın Almeríya klubundan Mozambik millisinin sol cinah müdafiəçisi Bruno Lanqa ilə müqavilə imzalayıb.

Ağdam təmsilçisi transferi klubun rəsmi sosial şəbəkə hesablarında yayımladığı təqdimat videosu ilə açıqlayıb.

28 yaşlı futbolçu bu keçiddən əvvəl Portuqaliyanın Estrela de Amadora klubunda icarə əsasında çıxış edib. O, Mozambik millisinin heyətində keçirdiyi 38 oyunda iki qol vurub. Transfermarkt portalına görə, futbolçunun bazar dəyəri 1 milyon avro qiymətləndirilir.

Transferlə bağlı ilkin məlumatı transfer bazarı üzrə insayder Fabritsio Romano yayıb.

Mənbə: anews.az

Xəbər lenti