FES baza faiz dərəcəsini 3,5–3,75 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) baza faiz dərəcəsini illik 3,5–3,75 % səviyyəsində saxlayıb.Bu barədə tənzimləyici qurum məlumat yayıb.
Məlumata görə, tənzimləyici qurum ardıcıl dördüncü iclasında faiz dərəcəsinə dəyişiklik etməyib. FES ötən ilin sentyabr-dekabr aylarında keçirilən üç iclas zamanı dərəcəni mərhələli şəkildə azaldaraq 4-4,25 % səviyyəsindən hazırkı diapazona endirmişdi.
Mənbə: anews.az