Image

İşğaldan azad edilmiş ərazilərə qayıdan keçmiş məcburi köçkünlərin sayı 36 mini ötüb

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə qayıdan keçmiş məcburi köçkünlərin sayı iyunun 1-nə olan vəziyyətə görə 36 492 nəfərə çatıb. Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə istinadən bildirilib.

Göstərici Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində qeydə alınıb.

Qurumun məlumatına əsasən, 2026-cı il iyunun 1-dək Qarabağ və Şərqi Zəngəzurda yaşayan, işləyən və təhsil alan şəxslərin ümumi sayı 88 123 nəfər təşkil edib. 

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Sabah 41 dərəcə isti olacaq

Azərbaycan nefti ucuzlaşıb