ABŞ-İran danışıqları üzrə İsveçrədə planlaşdırılan görüş baş tutmayacaq
ABŞ və İran nümayəndələri arasında cümə günü İsveçrənin Bürgenstok kurortunda keçirilməsi planlaşdırılan danışıqlar baş tutmayacaq. Bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.
Məlumat Ağ Evin ABŞ-ın vitse-prezidenti J. D. Vancein İsveçrəyə nəzərdə tutulan səfərini ləğv etdiyini açıqlamasından sonra verilib.
Məlumata görə, Vensin Tehran və Vaşinqton arasında əldə olunduğu bildirilən atəşkəs razılaşmasının icrası ilə bağlı danışıqlara başlamaq məqsədilə İran nümayəndələri ilə görüşməsi planlaşdırılırdı.
Ağ Ev səfərin ləğvini logistika problemləri ilə izah edib.
ABŞ və İran arasında münasibətlər nüvə proqramı, regional təhlükəsizlik və sanksiyalarla bağlı uzunmüddətli gərginlik fonunda davam edir. Son aylarda tərəflər arasında birbaşa və dolayı diplomatik təmasların intensivləşdiyi barədə məlumatlar yayılıb.Aytac
Mənbə: anews.az