Image

Ermənistanda müxalif qüvvələr seçki nəticələrinin ləğvini tələb edir

Ermənistanda parlament seçkilərində iştirak etmiş yeddi siyasi qüvvə səsvermənin nəticələrinin ləğv edilməsi və ya yenidən nəzərdən keçirilməsi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət edib. Bu barədə məhkəmənin rəsmi məlumatına istinadən yerli media xəbər yayıb.

Məlumata görə, “Çiçəklənən Ermənistan”, “Birlik qanadları”, “Demokratiya, qanun, nizam” və “Yeni qüvvə” partiyaları, həmçinin “Respublika naminə” və “Ermənistan” blokları Mərkəzi Seçki Komissiyasının (MSK) elan etdiyi nəticələrin tam ləğvini tələb ediblər. “Güclü Ermənistan” bloku isə məhkəmədən ya nəticələrin ləğv olunmasını, ya da seçkilərin ikinci turunun keçirilməsini istəyib.

Ermənistan qanunvericiliyinə əsasən, Konstitusiya Məhkəməsinin müraciətlərin icraata qəbul olunub-olunmaması barədə qərar verməsi üçün iki gün vaxtı var. İddialar baxışa qəbul edilərsə, onlar məruzəçi hakimlərə təqdim olunacaq və işə şifahi iclasda baxılacaq. Məhkəmə araşdırmasının 15 gündən artıq davam etməyəcəyi bildirilir.

 

Mənbə: anews.az

Xəbər lenti