İran XİN Hörmüz boğazının bağlanması ilə bağlı məlumatları təkzib edib
İranın Xarici İşlər Nazirliyi Hörmüz boğazının bağlanması ilə bağlı yayılan məlumatları təkzib edib.Bu barədə nazirliyin sözçüsü İsmayıl Bəqai bildirib.
Onun sözlərinə görə, bəzi KİV-lərdə Hörmüz boğazı vasitəsilə gəmiçiliyin dayandırılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bəqai deyib ki, İran Silahlı Qüvvələri əldə olunmuş anlaşma memorandumuna uyğun olaraq, ticarət gəmilərinin boğazdan təhlükəsiz keçidinin təmin edilməsi üçün zəruri tədbirlər görüb.
“Bu marşrut üzrə gəmiçilik davam edir”, – o bildirib.
Daha əvvəl Almaniyanın “Bild” qəzeti İsrailin Livana endirdiyi zərbələrdən sonra İranın Hörmüz boğazını bağladığını və ABŞ ilə danışıqları dayandırdığını yazmışdı.
Mənbə: anews.az