İngiltərədə qatarlar toqquşub, xəsarət alanlar var
İngiltərənin mərkəzində Bedford şəhəri yaxınlığında iki qatar toqquşub.Bu barədə Britaniyanın "The Telegraph" nəşri xəbər verir.
Məlumata görə, Korbidən gələn qatar Nottinqemdən gələn qatarın arxa hissəsinə çırpılıb, nəticədə sərnişinlər ciddi xəsarətlər alıblar. Hadisə yerinə beş təcili tibbi yardım helikopteri cəlb edilib.
İnsidentin təfərrüatları araşdırılır, hadisə yerində aidiyyəti xidmətlərin əməkdaşları çalışır.
Mənbə: anews.az