Image

İordaniya parlamentinin sədri Azərbaycana səfərə gəlib

İordaniya Xalq Məclisinin Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadi Azərbaycana səfərə gəlib.

İordaniya parlament nümayəndə heyəti Heydər Əliyev Beynəlxalq Hava Limanında Milli Məclis sədrinin müavini Musa Qasımlı, Azərbaycanın və İordaniyanın səfirləri Şahin Abdullayev və Ömər Bərəkət Əl-Nəhar, eləcə də digər rəsmi şəxslər tərəfindən qarşılanıb.

Səfər çərçivəsində Nümayəndələr Palatasının sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək və Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.

Səfərin iyunun 26-da başa çatacağı bildirilir.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu

Azərbaycan nefti bahalaşıb