Image

"Qarabağ" Martin Zlomisliçi transfer edib

“Qarabağ” klubu Xorvatiyanın “Riyeka” komandasından qapıçı Martin Zlomisliçi transfer edib.Bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

27 yaşlı Bosniya və Herseqovina millisinin üzvü ilə 3+1 illik müqavilə imzalanıb. Zlomisliç komandada 23 nömrəli forma ilə çıxış edəcək.

Futbolçu karyerasına “Şiroki Briyeq” klubunda başlayan Zlomisliç 2017-ci ildə əsas komandada debüt edib. O, 2021-ci ildə “Riyeka”ya transfer olunub.

Qapıçı Bosniya və Herseqovinanın U-19 və U-21 yığmalarında oynayıb, 2024-cü ildən isə əsas milliyə çağırılır. O, hazırda ABŞ, Meksika və Kanadada keçirilən dünya çempionatında Bosniya və Herseqovina millisinin heyətində yer alır.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb