Image

İsrail “İslami Cihad” və HAMAS-ın xüsusi təyinatlı üzvlərinin məhv edildiyini açıqlayıb

İsrail ordusu Qəzza zolağının cənubunda keçirilən əməliyyat zamanı radikal qruplaşmaların iki üzvünü, o cümlədən “İslami Cihad”ın “Xan Yunis” briqadasının “Nuxba” xüsusi təyinatlı dəstəsinin komandirini öldürdüyünü bildirib.Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, əməliyyat nəticəsində “İslami Cihad”ın “Nuxba” bölməsinin komandiri Zəki Yusif Mahmud Əbu Mustafa öldürülüb.Ayrı bir zərbə zamanı HAMAS-ın yeni üzvlərin cəlb edilməsi ilə məşğul olan xüsusi təyinatlısı Məhəmməd Usama Əbdüləziz də öldürülüb.

İsrail ordusu Zəki Yusif Mahmud Əbu Mustafanın 2023-cü il oktyabrın 7-də Nir-Oz kibutsuna hücumda və bir israilli mülki şəxsin girov götürülməsində iştirak etdiyini iddia edib.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu