Image

Milli Məclisin sədri Əli Xameneinin vida mərasimində iştirak edəcək

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti İranın sabiq Ali Rəhbəri Əli Xameneinin vida mərasimində iştirak edəcək.

Məlumata görə, vida mərasimi iyulun 4-5-də Mosalla kompleksində keçiriləcək. Daha sonra mərhumun cənazəsi Qum şəhərinə yola salınacaq.

Bildirilir ki, Qumda keçiriləcək mərasimdən sonra Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəd şəhərində dəfn olunacaq.

Əli Xamenei 1989-cu ildən İranın Ali Rəhbəri vəzifəsini tutub və ölkənin siyasi-dini sistemində ən yüksək səlahiyyətli şəxs hesab olunurdu. İran mediasının və beynəlxalq KİV-lərin məlumatına görə, o, 2026-cı il fevralın 28-də ABŞ və İsrailin Tehrana endirdiyi zərbələr nəticəsində həlak olub. Daha sonra İranın yeni Ali Rəhbəri kimi onun oğlu Müctəba Xamenei seçilib.

Mənbə: anews.az

Xəbər lenti