Image

Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 22-də Azərbaycanda səfərdə olan Qlobal Tolerantlıq və Sülh Şurasının sədri Əhməd Məhəmməd Əlcərvan ilə görüşüb.Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament İttifaqı Konfransının 20-ci sessiyası çərçivəsində baş tutub.

Görüşdə Parlament İttifaqının müsəlman ölkələri və onların qanunverici orqanları arasında əlaqələrin inkişafında mühüm rol oynadığı qeyd edilib. Bakıda keçiriləcək 20-ci sessiyanın uğurla təşkil olunacağına və tədbirin təşkilatın gələcək fəaliyyətinə töhfə verəcəyinə dair inam ifadə olunub.

Tərəflər Azərbaycan parlamenti ilə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında əməkdaşlıq imkanlarını müzakirə ediblər. Milli Məclislə həmin beynəlxalq parlament arasında imzalanmış Anlaşma Memorandumunun əlaqələrin genişlənməsi üçün əlverişli imkan yaratdığı bildirilib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mənbə: anews.az

Xəbər lenti