Image

Messi dünya çempionatları tarixinin ən yaxşı bombardiri oldu

Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2026-nın qrup mərhələsinin II turunda, Avstriya yığmasına qarşı oyunda 17-ci qolunu vuraraq turnir tarixinin ən yaxşı bombardiri olub.

O, 2014-cü ildən bu siyahıya başçılıq edən Almaniya millisinin sabiq hücumçusu Miroslav Kloseni (16 qol) geridə qoyaraq dünya çempionatları tarixinin ən məhsuldar futbolçusuna çevrilib.Siyahıda üçüncü pillədə isə 15 qolla Kriştiano Ronaldo yer alır.

Mənbə: anews.az

Xəbər lenti