Image

"Real Madrid"in müdafiəçisindən AÇIQLAMA: "Çempion ola bilərik"

"Real Madrid"in və Almaniya millisinin mərkəz müdafiəçisi Antonio Rudiger qarşıdan gələn 2024-cü il Avropa Çempionatı ilə bağlı gözləntilərini bölüşüb.

Gundem.az-ın xəbərinə görə, o, yaxşı nəticə əldə etmək istədiyini açıqlayıb:

“Komanda olaraq yaxşı çıxış etməyi və əla nəticə əldə etməyi gözləyirəm. Bunu etsək, o zaman azarkeşlər də bizi dəstəkləyəcək. Ən sonuncu beynəlxalq matçlara baxın. Hiss olunur ki, biz indi Avropa çempionu ola bilərik".

Xatırladaq ki, Avro-2024-ün oyunları 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirin oyunlarına 10 şəhərin 10 stadionu ev sahibliyi edəcək.

Qeyd edək ki, Avropa Çempionatının hazırkı qalibi İtaliya komandasıdır. (Sfera.az)

Mənbə: gundem.az

Xəbər lenti