Image

Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Azərbaycana səfərə gəlib.Bu barədə TBMM-nin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

Məlumata görə, Kurtulmuş və onu müşayiət edən parlament nümayəndə heyəti Azərbaycan Milli Məclisinin ev sahibliyi ilə Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏTPİ) 20-ci Konfransında iştirak edəcək.

Numan Kurtulmuşu Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Əhliman Əmiraslanov, qrupun üzvü Anar Məmmədov və Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün qarşılayıblar.

Mənbə: anews.az

Xəbər lenti

Litva hökuməti istefa verib