Image

60 yaşlı qadın dünya gözəli seçildi - FOTO

Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən gözəllik müsabiqəsinin qalibi Alejandra Marisa Rodriges olub.

Gundem.az xəbər verir ki, 60 yaşlı Alejandra Marisa Rodriges Buenos-Ayresin "Kainat gözəli" seçilməklə yeni cığır açıb.

Qeyd edək ki, ötən il Miss Universe təşkilatçıları müsabiqədə iştirak edəcək insanlar üçün yaş məhdudiyyəti tətbiq etməyi dayandırdılar. Bu ildən etibarən müsabiqədə yaşı 18-dən yuxarı olan hər kəs iştirak edə bilər.

Mənbə: gundem.az

Xəbər lenti