İran parlamentinin sədri Azərbaycana səfərə gəlib
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Azərbaycana səfərə gəlib.
Səfər çərçivəsində İran parlamentinin sədri Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının iclasında iştirak edəcək.
Qalibafın tədbir çərçivəsində iştirakçı ölkələrin parlament rəhbərləri və rəsmi şəxsləri ilə ikitərəfli görüşlər keçirməsi gözlənilir.
Görüşlərdə regional əməkdaşlıq, parlamentlərarası əlaqələr və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə ediləcəyi bildirilir.
N.Təbrizli
Mənbə: anews.az