Mayda illik inflasiya 5,6% təşkil edib
2026-cı ilin mayında 12 aylıq inflyasiya 5,6% təşkil edib. Bu barədə Mərkəzi Bankdan bildirilib.
Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə illik qiymət artımı 6,6%, ödənişli xidmətlər üzrə 5,7%, qeyri-qida məhsulları üzrə isə 3,9% olub.
Mərkəzi Bank bildirib ki, illik baza inflyasiya mayda 5,6% təşkil edib. Bu göstərici qiymət artımının əsas tendensiyasını əks etdirir.
Mərkəzi Bankın son proqnozlarına görə, 2026-cı ilin sonunda illik inflyasiyanın 5,9%, 2027-ci ildə isə 4,5% səviyyəsində olacağı gözlənilir. Qurum inflyasiya proqnozunun yüksəldilməsini əsasən qlobal ərzaq qiymətlərinin artımı və xarici inflyasiya təzyiqlərinin güclənməsi ilə izah edir.
Gülnar Nazimqızı
Mənbə: anews.az