Image

İƏT Parlament İttifaqına sədrliyin Azərbaycana keçməsi mühüm əhəmiyyət daşıyır

İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransına sədrliyin Azərbaycana keçməsi Türkiyə üçün son dərəcə əhəmiyyətlidir, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Bakıda bildirib.

Kurtulmuş deyib ki, konfransın Bakıda keçirilməsi Türkiyə üçün xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, dünyada ciddi dəyişikliklərin baş verdiyi bir dövrdə İslam dünyasının mövqeyi xüsusi önəm kəsb edir.

“Təkqütblü dünya sisteminin mövcud olması mümkün deyil. Yeni bir dövr başlayır və çoxmərkəzli dünyanın formalaşması ilə yeni mərhələyə daxil oluruq”, - Kurtulmuş deyib.

TBMM sədri bildirib ki, İslam dünyası təxminən 2 milyard əhalisi, enerji marşrutları və strateji keçid nöqtələri ilə böyük potensiala malikdir.

O, İslam ölkələrini birlik nümayiş etdirməyə çağırıb və bildirib ki, siyasi, etnik və məzhəbi fərqlər qarşıdurmaya çevrilməməlidir.

N.Təbrizli

Mənbə: anews.az

Xəbər lenti