Image

ABB-də texniki nasazlıq nəticəsində kartlardan əlavə vəsait silinib

Azərbaycanda fəaliyyət göstərən ABB bankının bəzi müştərilərinin kartlarından texniki problem səbəbindən əlavə vəsait silinib.

Bankın mobil tətbiqində yerləşdirilən məlumata görə, problem üçüncü tərəfdə yaranmış texniki çətinliklə əlaqədardır. Bildirişdə qeyd olunur ki, bəzi kartlar üzrə əlavə vəsaitin silinməsi qeydə alınıb.

“Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş vermişdir. Problem yaxın zamanda aradan qaldırılacaq”, – bankın tətbiqində istifadəçilərə ünvanlanan məlumatda deyilir.

Mənbə: anews.az

Xəbər lenti