Bəzi banklarda müştərilərin hesablarından pul silinir - texniki problem
Azərbaycan Beynəlxalq Bankının (ABB) bəzi müştərilərinin kartlarından texniki problem səbəbindən əlavə vəsait silinib.
Bankın mobil tətbiqində yerləşdirilən məlumata görə, problem üçüncü tərəfdə yaranmış texniki çətinliklə əlaqədardır. Bildirişdə qeyd olunur ki, bəzi kartlar üzrə əlavə vəsaitin silinməsi qeydə alınıb.
“Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş vermişdir. Problem yaxın zamanda aradan qaldırılacaq”, – bankın tətbiqində istifadəçilərə ünvanlanan məlumatda deyilir.
Eyni zamanda Expressbank kart əməliyyatlarında texniki çətinliklərin yarandığını və bəzi xidmətlərdə fasilələrin müşahidə olunduğunu açıqlayıb.
Bankın müştərilərinə göndərdiyi bildirişdə qeyd olunub ki, hazırda kart əməliyyatlarında texniki problemlərlə əlaqədar fasilələr mövcuddur.
“Dəyərli müştəri, hazırda kart əməliyyatlarında texniki çətinliklə bağlı fasilələr müşahidə olunur. Qısa zamanda həll etməyə çalışacağıq. Anlayışınız üçün təşəkkür edirik”, – məlumatda deyilir.
Eyni hal Accecbankın müştəriləri üçün də yaşanıb.
Məsələ ilə bağlı Mərkəzi Banka da sorğu göndərilib.
Gülnar Nazimqızı
Mənbə: anews.az