Image

Azərbaycanın Özbəkistandakı səfiri geri çağrılıb - sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev Hüseyn Rzaqulu oğlu Quliyevin Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Hüseyn Quliyev diplomatik missiya rəhbəri vəzifəsindən azad edilib.

Hüseyn Quliyev 2012-ci ildən etibarən Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb və iki ölkə arasında siyasi, iqtisadi və humanitar əlaqələrin inkişafında iştirak edib.

Bu qərar Prezident İlham Əliyevin Hüseyn Quliyevi bir neçə gün əvvəl 1-ci dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif etməsindən sonra verilib.

İyunun 23-də Hüseyn Quliyevin 80 yaşı tamam olub.

Mənbə: anews.az

Xəbər lenti