Image

Ermənistan parlamentinin yeni sədrinin namizədi bu gün müəyyənləşəcək

Ermənistan parlamentinin yeni sədrliyinə namizədin adı bu gün açıqlanacaq. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 25-də keçirdiyi brifinqdə bildirib.

Paşinyanın sözlərinə görə, bu gün hakim Vətəndaş Müqaviləsi Partiyasının iclası keçiriləcək və burada irəli sürülən üç namizəd arasından gizli səsvermə yolu ilə bir nəfər seçiləcək.

Baş nazir qeyd edib ki, iclas zamanı namizədlərin çıxışları dinləniləcək, daha sonra isə partiya üzvləri gizli səsvermə əsasında qərar verəcəklər.

“Namizədləri dinləyəcəyik və qərar qəbul edəcəyik. Mən və həmkarlarım seçimimizi gizli səsvermə yolu ilə edəcəyik”, – Paşinyan bildirib.

Ermənistan parlamentinin yeni sədrinin seçilməsi ölkənin siyasi gündəmində əsas məsələlərdən biridir. Hakim Vətəndaş Müqaviləsi Partiyası parlamentdə çoxluğa malik olduğundan, partiyanın seçəcəyi namizədin parlament sədri vəzifəsinə təsdiqlənməsi gözlənilir. Hələlik üç namizədin adları rəsmi şəkildə açıqlanmayıb.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti