Image

Venesuela zəlzələdən sonra dəstəyə görə Azərbaycana təşəkkür edib

Venesuela hökuməti ölkənin şimalında baş vermiş və çoxsaylı insan tələfatına, eləcə də genişmiqyaslı dağıntılara səbəb olmuş zəlzələlərlə bağlı Azərbaycandan daxil olan başsağlığı və həmrəylik mesajına görə təşəkkür edib.Bu barədə Venesuelanın xarici işlər naziri İvan Xil Pinto "X" sosial şəbəkəsində bildirib.

"Venesuela hökuməti xalqımıza ünvanlanmış həmrəylik və başsağlığı mesajına görə Azərbaycan Respublikasına səmimi minnətdarlığını bildirir", - nazir yazıb.

İyunun 25-nə keçən gecə Venesuelanın şimalında güclü zəlzələlər baş verib. ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, 40 saniyə fasilə ilə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan qeydə alınıb. Hadisədən sonra ölkədə fövqəladə vəziyyət elan edilib.

Rəsmi məlumatlara görə, zəlzələlər nəticəsində azı 164 nəfər həlak olub, 971 nəfər yaralanıb.

Mənbə: anews.az

Xəbər lenti