Image

Göyərtəsində İsrail Prezidentinin olduğu helikopter təcili eniş edib

İsrail Müdafiə Ordusunun göyərtəsində ölkə Prezidenti İshaq Hersoqun olduğu helikopter plandankənar eniş etmək məcburiyyətində qalıb.Bu barədə İsrail mediası xəbər verir.

Hadisəyə hava gəmisinin quşla toqquşması səbəb olub.

Məlumata görə, hadisə axşam saatlarında, Hersoq "Sarsılmaz qaya" əməliyyatının 12-ci ildönümünə həsr olunmuş mərasimdən qayıdarkən baş verib. Nasazlıq aşkar edildikdən sonra heyət helikopteri İsrail Müdafiə Ordusunun bazalarından birinə endirmək qərarına gəlib.

Prezident və ekipaj daha sonra başqa helikopterə keçərək proqramı planlaşdırıldığı kimi davam etdiriblər. Hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti