“Zirə” “Araz-Naxçıvan”a məğlub oldu
Bu gün Azərbaycan Premyer Liqasında 32-ci tura yekun vurulub.
Gundem.az xəbər verir ki, son gündə bir oyun baş tutub.
Turun qapanış matçında “Zirə” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edib. Görüş Naxçıvan təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
Daha öncə “Sabah” “Səbail”ə (2:0), “Neftçi” “Turan Tovuz”a (3:0), “Sumqayıt” “Qarabağ”a (1:0) qalib gəlibsə, “Qəbələ” evdə “Kəpəz”ə uduzub – 0:1.
Azərbaycan Premyer Liqası 32-ci tur 29 aprel
“Zirə” – “Araz-Naxçıvan” 0:1
Qol: Ribeyro, 89 Hakimlər: Cavid Cəlilov, Eyyub İbrahimov, Asiman Əzizli, Nicat İsmayıllı. Zirə İdman Kompleksinin stadionu, 19:00.
Mənbə: gundem.az