Kadir İnanır vəfat edib
Türkiyə kinosunun və Yeşilçamın tanınmış simalarından olan aktyor Kadir İnanır 77 yaşında vəfat edib. Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, İnanır mayın 15-də səhhətində yaranan problemlə əlaqədar İstanbulun Beşiktaş rayonundakı xəstəxanalardan birinə yerləşdirilmişdi. İlkin tibbi müdaxilədən sonra o, həkimlərin qərarı ilə reanimasiya şöbəsinə köçürülmüşdü.
Müayinələr nəticəsində aktyora pnevmoniya diaqnozu qoyulub və vəziyyəti ağırlaşdıqdan sonra süni tənəffüs aparatına qoşulub. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Kadir İnanır Yeşilçam dövrünün ən məşhur aktyorlarından biri hesab olunur və uzun illər ərzində Türkiyə kinosunda çoxsaylı filmlərdə rol alıb.
Mənbə: anews.az