Image

Ceyhun Bayramov və Hakan Fidan regiondakı təhlükəsizlik vəziyyətini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN)məlumat yayıb.

Nazirlər Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri, iki ölkə arasında strateji əməkdaşlığın gündəliyi, həmçinin beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq və əlaqələndirmə məsələlərini müzakirə ediblər.

Tərəflər yüksək səviyyəli siyasi dialoq və qarşılıqlı dəstəyin ikitərəfli münasibətlərin əsasını təşkil etdiyini vurğulayaraq, qarşılıqlı maraq doğuran bütün sahələrdə sıx əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Telefon danışığı zamanı regiondakı təhlükəsizlik vəziyyəti, postmünaqişə dövründə gedən proseslər, eləcə də regional sülh və sabitliyin təmin olunmasına yönəlmiş addımlar ətrafında da fikir mübadiləsi aparılıb.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb

Azərbaycan nefti ucuzlaşıb