İran, ABŞ və Livan atəşkəsə nəzarət üçün birgə komitə yaradacaq
İran, ABŞ və Livan Livan ərazisində atəşkəs rejiminə nəzarət məqsədilə üçtərəfli işçi komitə yaratmağı planlaşdırır.Bu barədə İran parlamentinin sədri Məhəmməd Bager Qalibaf dövlət televiziyasına müsahibəsində bildirib.
Komitə Livanın dövlət suverenliyinin təmin olunması istiqamətində fəaliyyət göstərəcək.
Qalibafın sözlərinə görə, İranın Livandakı səfiri də komitədə Tehranın nümayəndəsi kimi təmsil olunacaq.
Mənbə: anews.az