Image

ABŞ-la əməkdaşlığın genişlənməsi investisiyalara təkan verə bilər - Şərifov

ABŞ ilə iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi iki ölkə arasında münasibətlərin inkişafına əlavə təkan verə bilər. Bunu Azərbaycanın baş nazirinin müavini Samir Şərifov çərşənbə günü bildirib. Onun sözlərinə görə, Azərbaycan və ABŞ enerji təhlükəsizliyi, terrorizmlə mübarizə və iqtisadi əməkdaşlıq sahələrində uzunmüddətli tərəfdaşlıq təcrübəsinə malikdir. Şərifov bildirib ki, Bakı Vaşinqtonla ticarət-iqtisadi əlaqələrin, eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. "İqtisadi əməkdaşlığın institusional mexanizmlərinin inkişafı və investisiya əlaqələrinin dərinləşdirilməsi ikitərəfli münasibətlərə əlavə təkan verə bilər", - o deyib. Baş nazirin müavini əlavə edib ki, Azərbaycan ABŞ-ın regionda sülh və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş səylərini yüksək qiymətləndirir və iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun davamının əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəyinə inanır. Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti

Nurlana Əliyeva vəfat edib