Image

Aİ Cənubi Qafqazda bağlantı layihələrinə 200 milyon avro qrant ayıracaq

Avropa İttifaqı (Aİ) "Global Gateway" proqramı çərçivəsində Cənubi Qafqazda bağlantı layihələrinin maliyyələşdirilməsi üçün 200 milyon avro qrant ayıracaq.Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen  Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatı zamanı bildirib.

Fon der Lyayenin sözlərinə görə, vəsait regionda nəqliyyat və infrastruktur əlaqələrinin genişləndirilməsinə yönəldiləcək və özəl və dövlət investisiyaları hesabına ümumilikdə 2 milyard avroya qədər sərmayəni cəlb edə bilər.

"Söhbət həm özəl, həm də dövlət investisiyalarından, Naxçıvan istiqamətində dəmir yolu layihələrindən, eləcə də Bakı limanının inkişafından gedir", – o deyib.

Avropa Komissiyasının sədri bildirib ki, Aİ qarşılıqlı bağlantının gücləndirilməsi yolu ilə Cənubi Qafqazda sülhü təşviq etməyi hədəfləyir.

Fon der Lyayen əlavə edib ki, Cənubi Qafqaz hazırda strateji əhəmiyyətə malik bölgədir və Azərbaycanın regional sabitlik və inkişafın təşviqində mühüm rolu var. Onun sözlərinə görə, Aİ və Azərbaycan arasında bağlantı və rəqəmsal bağlantı sahələrində yüksək səviyyəli dialoq davam edir.

Mənbə: anews.az

Xəbər lenti

Nurlana Əliyeva vəfat edib