Image

İsrail HƏMAS-ın raket buraxılış qurğularını məhv edib

İsrail ordusu son bir həftə ərzində Qəzza zolağının şimalında HƏMAS-ın silahlı qanadının beş üzvünü öldürdüyünü bildirib.Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, öldürülən şəxslər Qəzzada fəaliyyət göstərən İsrail hərbçilərinə qarşı hücumlar hazırlayırdılar.

İsrail tərəfi ölənlər arasında HƏMAS-ın tank əleyhinə bölməsinin operatoru Vael Mahmud Əli Ləbəd, operator Muaz Məhəmməd Həsən Əhməd, taqım komandiri Sameh Əbu Kamil, snayper Əkrəm Əşrəf Həməd Ləbəd, həmçinin Qəzzanın cənubunda fəaliyyət göstərən taqım komandiri Adel Cihad Məhəmməd Əsfurun olduğunu iddia edib.

Məlumata görə, əməliyyat zamanı HƏMAS-a məxsus raket buraxılış qurğularının yerləşdiyi obyektlər də məhv edilib.

İsrail ordusu bildirib ki, Əsfur müharibə ərzində İsrail hərbçilərinə qarşı snayper hücumları və partlayıcı qurğulardan istifadə etməklə hücumlarda iştirak edib. Bu iddiaları təsdiqləyən müstəqil mənbə məlumatı mövcud deyil. 

Mənbə: anews.az

Xəbər lenti