Qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb
Qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 0,2% azalaraq 4,074.2 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin iyul fyuçerslərinin qiyməti isə 0,04% artaraq 60.54 ABŞ dolları təşkil edib.
Mənbə: anews.az