Simonyan parlamentdən gedəcəyini açıqlayıb
Ermənistan parlamentinin sədri Alen Simonyan növbəti çağırış parlamentində deputat mandatını qəbul etməyəcəyini və Milli Məclisdə fəaliyyətini davam etdirməyəcəyini bildirib.
"Mandatı götürməyəcəyəm, deputat kimi işimi davam etdirmək üçün parlamentə gəlməyəcəyəm. Əvvəla, bir az dincəlmək istəyirəm", – Simonyan deyib.
O bildirib ki, fəaliyyət göstərdiyi parlament müharibədən sonrakı dövrə təsadüf edib və çətin şəraitdə işləyib.
"Unutmayın ki, bu, müharibədən sonrakı parlament idi. Bu, müxtəlif çətinliklərdən və çətin vəziyyətlərdən keçən parlament", – o vurğulayıb.
Simonyan Ermənistan prezidenti vəzifəsinə iddialı olmadığını da bildirib.
"Siyasətdən getməyəcəyəm, siyasi səhifəni bağlamıram", – parlament sədri əlavə edib.
Gülnar Nazimqızı
Mənbə: anews.az