Image

Gəncədə qəza oldu, xəsarət alan var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Gundem.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Hərəkətdə olan “RAF” markalı avtomobillə motosiklet toqquşub.

Qəza zamanı motosikletin sürücüsü, 1992-ci il təvəllüdlü Firuddin Heydərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: gundem.az

Xəbər lenti

ADY yay qrafikinə keçir