Image

ABŞ-İran danışıqları iyulun 11-də bərpa olunacaq

ABŞ və İran nümayəndələri arasında danışıqların növbəti raundunun iyulun 11-də Pakistanda keçirilməsi planlaşdırılır.Bu barədə "Al Hadath" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, danışıqlarda İrana qarşı sanksiyaların ləğvi, ölkənin dondurulmuş aktivlərinin sərbəst buraxılması və nüvə proqramı ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranın Ali rəhbəri Əli Xameneinin dəfn mərasimi ilə əlaqədar Vaşinqtonun Tehranla danışıqlara bir həftəlik fasilə verdiyini bildirmişdi.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu

Zelenski Trampa zəng edib